T.Volff: Ferrari çox şikayətlənir

T.Volff: Ferrari çox şikayətlənir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının rəhbəri Toto Volff yeni qaydalar dövründə əldə etdikləri uğurlara baxmayaraq, Mercedes-in mühərrikinin rəqiblərindən böyük fərqlə üstün olduğu iddialarını rədd edib.

2026-cı il qaydalarının ilk 11 yarışının 8-də qalib gələn və debüt mövsümündən sonra inkişaf edən Kimi Antonelli ilə çempionata liderlik edən Mercedes yeni qaydalar dövründə üstünlük nümayiş etdirib. Lakin son beş yarışda Ferrari-nin iki, McLaren-in isə bir qələbə qazanaraq fərqi azaltması paddokda mühərrik gücü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

2014-cü ildəki qaydalar dövründə nümayiş etdirdikləri böyük üstünlüyün bu dəfə təkrarlanmayacağını bildirən Toto Volff RacingNews365-ə müsahibəsində rəqabətin hazırkı vəziyyətini belə dəyərləndirib: “2014-cü ildə hibrid dövrünün əvvəlində bizi bu qədər dominant edən əsas amil mühərrikimizin uzun müddət ərzində rəqiblərimizdən böyük fərqlə üstün olması idi.

Bu gün isə Ferrari-nin bizə son dərəcə yaxın olduğunu görə bilərsiniz. Bolidin sazlanmasında kiçik bir səhvə yol verdiyinizdə və ya rəqibinizin gətirdiyi yeniliyə cavab verə bilmədiyinizdə dərhal geriyə düşürsünüz. Buna görə də düşünmürəm ki, Formula 1-də artıq həmin səviyyədə üstünlük dövrünü görəcəyik”.

FIA-nın geridə qalan istehsalçılara kömək məqsədilə tətbiq etdiyi ADUO (Əlavə İnkişaf İmkanları) sistemi çərçivəsində daxiliyanma mühərriklərinin göstəricilərində Red Bull-un ən güclü istehsalçı kimi müəyyənləşdirildiyini xatırladan Volff rəqiblərinin performansı barədə də danışıb: “FIA-nın məlumatlarına görə daxiliyanma mühərriki baxımından ən güclü istehsalçı Red Bull-dur. Kompleks paketə baxdıqda isə bəlkə də ən yaxşısı bizik. Bunu qəbul edə bilərəm

Ferrari isə mühərriklərinin ən güclü olmadığını deyə-deyə qalıb, sanki bundan şikayətlənirlər. Halbuki onların kifayət qədər rəqabətqabiliyyətli güc qurğuları var. Sadəcə bolidlərini yüksək asfaltayatma qüvvəsinə fokuslanaraq və egzoz çıxışını bağlayan qanadcıqlarla hazırlayıblar.

Məncə, hazırda pelotondakı əsas güc qurğularının performans səviyyələri demək olar ki, tamamilə bərabərdir”.

Bunları da oxuyun

Şərh əlavə et