R.Smedli: Ferrari-də Həmiltonu Şumaxerə bənzədirlər

R.Smedli: Ferrari-də Həmiltonu Şumaxerə bənzədirlər
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Rob Smedli Maranelloda uzun illərdir çalışan əməkdaşların Lyuis Həmilton ilə Mixael Şumaxer arasında birbaşa oxşarlıqlar gördüyünü bildirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü 2025-ci ildə Ferrari ilə keçirdiyi çətin ilk mövsümdən sonra, Formula 1-də bu mövsüm qüvvəyə minən yeni texniki qaydalarla birlikdə yenidən yüksəlişə keçib.

41 yaşlı pilot Barselona-Kataloniya Qran Prisində Ferrari ilə uzun müddətdir gözlədiyi ilk qələbəsini qazanıb. Mövsüm ərzində əldə etdiyi bir sıra podium nəticələri sayəsində isə yay fasiləsinə Sürücülər Çempionatında ikinci pillədə daxil olub.

Şumaxerin dövründə və ondan sonrakı illərdə təxminən 10 il Ferrari-də çalışan Rob Smedli Həmiltonun komandaya yeni enerji gətirdiyini düşünür.

Rob Smedli High Performance Racing podkastında bunları deyib: “Lyuis barədə xüsusi olaraq danışmaq istəyirəm. Məncə, o, komandanı kifayət qədər ciddi şəkildə inkişaf etməyə məcbur edir. Onun səviyyəsində bir pilot komandaya gələndə, komanda özünü 1 faiz daha bacarıqlı hiss edir.

Onu çox sevirlər. Əməkdaşlarla fərdi söhbətlərimdə və iştirak etdiyim müzakirələrdə hər kəsin onu həqiqətən çox sevdiyini görürəm. Çünki o, nəticə gətirir. O, yeddiqat dünya çempionudur və hələ də dünya çempionluqları qazana biləcək pilot olduğunu bilirlər”.

Smedli Həmiltonun iş prinsipinin Ferrari tarixinin ən dominant dövrünü xatırlatdığını düşünür.

Şumaxer 1996-cı ildə Ferrari-yə qoşulanda komanda 1979-cu ildən bəri pilotlar, 1983-cü ildən bəri isə Konstruktorlar Çempionatında titul qazana bilməmişdi.

Alman pilot Ferrari-nin yenidən zirvəyə yüksəlməsində böyük rol oynayıb. O, 2000, 2001, 2002, 2003 və 2004-cü illərdə ardıcıl beş pilotlar çempionluğu qazanaraq yeddi dünya çempionluğunun beşini Ferrari ilə əldə edib. Şumaxer eyni dövrdə Ferrari-nin altı Konstruktorlar Çempionluğu qazanmasına da töhfə verib.

Smedli sözlərini belə davam etdirib: “Burada 20 il və ya daha uzun müddətdir çalışan insanlar onunla Mixael arasındakı oxşarlıqları görürlər”.

Bunları da oxuyun

Şərh əlavə et