İddia: Peres Williams ilə danışıqlar aparır

İddia: Peres Williams ilə danışıqlar aparır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cadillac ilə Formula 1-ə qayıdan Serxio Peresin nümayəndələri 2027-ci il mövsümü üçün mümkün variantları dəyərləndirməyə başlayıb. Yaponiyanın Auto Sport Web nəşrinin məlumatına görə, Peresin menecmenti Karlos Saynsın komandadakı gələcəyinin qeyri-müəyyən olması fonunda Williams rəhbərliyi ilə ilkin təmaslar qurub.

Williams mövsümün ilk yarısında gözləntilərin xeyli gerisində qalıb. Karlos Sayns 2026-cı ilin ilk 11 yarışından sonra topladığı 6 xalla çempionatda 15-ci pillədə qərarlaşıb. Komanda yoldaşı Aleks Albon isə 5 xalla Saynsın bir pillə gerisində, 16-cı yerdədir. Williams isə Mühəndislər Çempionatında 11 xalla doqquzuncu sıradadır.

Komanda rəhbəri Ceyms Voulzun 2026-cı il mövsümünü itirilmiş mövsüm kimi qiymətləndirməsi və diqqəti 2027-ci il layihəsinə yönəltməsi Saynsın komandadakı gələcəyinin sual altına düşməsinə səbəb olub.

Macarıstan Qran Prisindən sonra Marca-ya danışan Sayns şəxsi performansından razı olduğunu, lakin bolidin yetərli səviyyədə olmadığını bildirib. İspaniyalı pilot gələcəyi ilə bağlı qərarı yay fasiləsində verəcəyini də qeyd edib.

Williams rəhbərliyi Saynsı komandada saxlamaq üçün çalışmalarını davam etdirərkən, Peres variantı güclü alternativ kimi ön plana çıxıb. Karyerasında altı yarış qələbəsi qazanan və çempion komandanın iş prinsipini yaxşı bilən təcrübəli pilot, arxasındakı böyük sponsor dəstəyi ilə Britaniya komandası üçün ciddi maliyyə üstünlüyü də yarada bilər.

Cadillac ilə müqaviləsinin detalları hələ rəsmən açıqlanmayan Peres Macarıstan Qran Prisi öncəsi hazırkı bolidin çatışmazlıqlarına diqqət çəkmişdi. Meksikalı pilot hazırda bütün diqqətlərini bolidin inkişaf prosesinə yönəltdiklərini vurğulayaraq sabitlik əldə etməyin çətin olduğunu bildirmişdi.

Peresin 2027-ci ildə Williams-da yarışıb-yarışmayacağı Saynsın verəcəyi qərardan və transfer bazarında baş verəcək hadisələrdən asılı olacaq.

Bunları da oxuyun

Şərh əlavə et