MotoGP Britaniya: Martin rekordla pouldadır

MotoGP Britaniya: Martin rekordla pouldadır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Britaniya Qran Prisinin sıralanma turunda poul mövqeyini Xorxe Martin əldə edib.

Yaşıl bayraqların dalğalanması ilə Silverstounda MotoGP sıralanma turlarının Q1 sessiyası başlayıb.

İlk dəqiqələrin ardından Franko Morbidelli 1:57.421 nəticə ilə zaman cədvəlinin zirvəsinə yüksəlib. Onu 0.344 saniyə geridə qalan dövrəsi ilə ikinci pillədə Dieqo Moreyra izləyib.

İlk cəhdlərini tamamlayan sürücülər boksa qayıdıblar və Q1-in bitməsinə 7 dəqiqə qalmış yenidən trasa çıxıblar.

Damalı bayraq dalğalandıqda Q1-i ilk iki pillədə başa vuraraq Q2-yə keçmək hüququ qazanan sürücülər Franko Morbidelli və İker Lekuona olublar.

Q2 başlayanda ilk olaraq Marko Bezzekki zirvəyə yüksəlib. Lakin Mark Markes 1:56.527 nəticə ilə liderliyi ələ keçirib. İkinci pillədə onun qardaşı Aleks Markes qərarlaşıb.

Son dəqiqələrdə Raul Fernandes nəticəsini yaxşılaşdıraraq 1:56.181 göstəricisinə imza atıb. Ai Oqura isə ikinci yerə yüksəlib.

Sessiya başa çatdıqda poul mövqeyi 1:56.160 nəticə ilə Xorxe Martinə nəsib olub. Raul Fernandes ikinci, Ai Oqura isə üçüncü yeri tutub. Fabio Di Canniantonio dördüncü, Marko Bezzekki isə beşinci olub.

Bunları da oxuyun

Şərh əlavə et