Start siqnalının verilməsi ilə sürücülər trasa çıxıb və yarım saatlıq 2-ci sərbəst yürüş başlayıb.
Sessiyanın ilk bölümündə sürücülər isinmə dövrələrini atarkən Cek Miller motosikletinə nəzarəti itirərək çınqıl sahəsinə çıxıb. Qəzadan sonra boksa qayıdan Miller zədələnmiş kombinezonunu dəyişib.
Sonrakı dəqiqələrdə Marko Bezzekki 1:58.758 nəticə göstərərək sessiyanın əvvəlində liderliyə yüksəlib. Lakin Aleks Markes 1:58.425-lik dövrə ilə cavab verib. Bezzekki tempini artıraraq 1:58.069 nəticə ilə yenidən zirvəyə yüksəlib.
İlk dövrəsini tamamlayan Mark Markes 1:58.788 nəticə göstərərək üçüncü yerə yüksəlib. Vaxt itirmədən daha bir dövrəyə başlayan Markes nəticəsini cüzi şəkildə yaxşılaşdıraraq 1:59.747-lik nəticə göstərib.
Markes yenidən sürətli dövrəyə başlayıb. Əfsanəvi sürücü bu dəfə də cüzi irəliləyiş edərək 1:58.714 nəticə göstərib.
Sessiyanın ortalarında Luka Marini lider Bezzekkidən təxminən 1 saniyə geridə 5-ci yerə yüksəlib. Françesko Banyaya isə onun arxasında 6-cı pillədə qərarlaşıb.
Son 10 dəqiqəyə daxil olarkən sürücülər boksa qayıdıblar və son sürətli dövrələr üçün sazlanmalara başlayıblar.
Trasa qayıtdıqdan sonra Luka Marini ilk sektorda yaxşı temp göstərib, lakin orta sektorlarda vaxt itirib. Son sektorda da cüzi irəliləyiş edən sürücü dövrəsini 1:59.191 nəticə ilə tamamlayıb və mövqeyini yaxşılaşdıra bilməyib.
Son 10 dəqiqəyə daxil olduqda 11-ci yerdə olan Ai Oqura 1:59.192 nəticə göstərərək 9-cu yerə yüksəlib. Xorxe Martin 1:58.399 nəticə ilə ikinci pillədəki mövqeyini qoruyub. Aleks Markes də qardaşının dövrə vaxtını geridə qoyaraq lider Bezzekkidən 0.356 saniyə geridə 3-cü yerə yüksəlib.
Ai Oqura 1:58.494 nəticə ilə 9-cu yerdən 4-cü pilləyə qalxıb.
Sessiyanın son 5 dəqiqəsinə daxil olduqda güclü temp göstərən Fabio Di Canniantonio 1:57.885 nəticə ilə zirvəyə yüksəlib.
Raul Fernandes 1:58.002 nəticə ilə ikinci yerə yüksələrkən, Mark Markes 1:58.143-lük dövrə ilə 4-cü pilləyə qalxıb.
Sessiyanın qalan hissəsində heç bir sürücü sürətli dövrə cəhdi etməyib və son bölümə lider daxil olan Fabio Di Canniantonio sessiyanın ən sürətli adı olub.




Şərh əlavə et