R.Kamara: F2-yə fokuslanır

R.Kamara: F2-yə fokuslanır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Rafael Kamara 2027-ci ildə Haas komandası ilə Formula 1-də yarışacağı haqda çıxan iddiaları arxa plana keçirərək, Formula 2 çempionatındakı mübarizəsinə fokuslanır.

Avqust ayında təqvimdə yay fasiləsinin başlaması ilə komandalar və pilotlar gələn mövsümlə bağlı planlarını dəqiqləşdirməyə başlayarkən, Rafael Kamaranın F2-dəki güclü çıxışı braziliyalı pilotu Formula 1-ə yüksəlmək üçün əsas namizədlərdən birinə çevirib.

Braziliyalı sürücünün  gələn mövsüm tamhüquqlu F1 pilotu olaraq arzusunu reallaşdıra biləcəyi ilə bağlı söz-söhbətlər də getdikcə güclənir.

Rafael Kamara F2-yə verdiyi müsahibədə bu iddialarla bağlı belə danışıb: “Bunları görmək xoşdur. Hazırda həqiqətən nələrin baş verəcəyini bilmirsiniz, amma bu cür məsələlərin müzakirə olunması və bu ehtimalın yaxın olduğunu görmək gözəldir.

Ancaq eyni zamanda bunlara həddindən artıq köklənmək istəmirəm, çünki hələ də çox vacib bir çempionatda mübarizə aparıram. Yaxşı çıxış etsəm, böyük ehtimalla şans qazanacağam. Buna görə də öz adıma yalnız bu mövsümə fokuslanıram.

Çox insan belə bir fürsət əldə etmir. Xüsusilə Formula 2-nin ən güclü komandalarından birində yarışaraq çempionluq uğrunda mübarizə aparmaq böyük fürsətdir. Buna görə də bu imkandan maksimum yararlanmaq və hər anın dadını çıxardığımdan əmin olmaq istəyirəm”.

Ferrari Sürücü Akademiyasının üzvü olan Kamaranın Haas ilə adının hallanmasının əsas səbəblərindən biri Amerika komandasının Ferrari ilə yaxın texniki əməkdaşlığı və Maranello təmsilçisinin daha əvvəl gənc pilotlarına Formula 1-də yarışmaq imkanı verməsidir.

Son dövrlərdə yayılan iddialara görə, Ferrari bu təsirindən istifadə edərək 21 yaşlı Kamaranı 2027-ci ildə Esteban Okonun əvəzinə Haas-a gətirə bilər.

Bunları da oxuyun

Şərh əlavə et