Tom MakKallo Red Bull-a keçir?

Tom MakKallo Red Bull-a keçir?
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qeyri-rəsmi məlumata görə, Red Bull Racing yaxın gələcəkdə McLaren-ə keçəcək Canpyero Lambyazenin yerinə uyğun namizəd tapıb.

Almaniyanın Bild nəşri yazır ki, Lambyazenin vəzifələri Tom MakKalloya həvalə ediləcək. Hazırda Lambyaze təkcə Maks Ferstappenlə çalışmır, həm də 2022-ci ildən komandanın baş yarış mühəndisi vəzifəsini tutur.

50 yaşlı MakKallo 20 ildən artıqdır Formula 1-də çalışan, böyük təcrübəyə malik mütəxəssisdir. Onun karyerası Williams-da başlayıb. Əvvəlcə məlumatların emalı üzrə mühəndis kimi çalışan britaniyalı daha sonra yarış mühəndisi vəzifəsinə yüksəlib. Bu rolda Niko Hülkenberq, Rubens Barrikello və Bruno Senna ilə də işləyib.

MakKallo 2013-cü ildən etibarən Silverstoundakı komanda ilə əməkdaşlıq edir. Həmin vaxt komanda Force India adlanırdı, sonradan bir neçə dəfə adını dəyişib və hazırda Aston Martin F1 kimi fəaliyyət göstərir.

O, ötən ilin yanvarına qədər komandanın baş yarış mühəndisi olub. Lakin Aston Martin-də aparılan restrukturizasiya nəticəsində MakKallo əlaqəli bölməyə – Aston Martin Performance Technologies-ə keçirilib. Burada isə artıq Formula 1-lə deyil, Britaniya markasının iştirak etdiyi digər yarış kateqoriyaları ilə məşğul olub.

Bild Tom MakKallonun Red Bull ilə karyerasının yeni mərhələsinə nə vaxt başlayacağını açıqlamayıb.

Bunları da oxuyun

Şərh əlavə et