Liberty Media zərərdədir

Liberty Media zərərdədir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Liberty Media 2026-cı ilin ikinci rübü üzrə maliyyə və əməliyyat nəticələrini açıqlayıb. Hesabatdan görünür ki, Yaxın Şərq yarışlarının məcburi şəkildə ləğv edilməsi Formula 1-ə ciddi maliyyə zərbəsi vurub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu mövsümdə iyunun sonuna qədər  üç yarış az keçirilib. Yaxın Şərqdəki münaqişə səbəbindən apreldə ümumiyyətlə yarış baş tutmayıb və çempionatın sahibləri 2025-ci ilin ilk yarısı ilə müqayisədə gəlirlərin 15 faiz azaldığını açıqlayıblar. Buna baxmayaraq, Liberty Media 1,381 milyard dollar gəlir əldə edib.

Əməliyyat gəliri 180 milyon dollar təşkil edib, düzəliş edilmiş OIBDA isə 30 faiz azalıb. Bununla belə, ilin ikinci yarısında vəziyyəti qismən düzəltmək mümkün olacaq. Çünki Bəhreyn Qran Prisinin oktyabrın əvvəlində keçirilməsi planlaşdırılır, lakin yarış Malayziyadakı Sepanq avtodromunda baş tutacaq.

Səudiyyə Ərəbistanı Qran Prisi isə artıq tamamilə ləğv edilib. Qətər və Abu-Dabi yarışlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı hələ yekun qərar yoxdur. Bununla belə, Formula 1 rəhbərliyi bu il ən azı 22 mərhələ keçirməyə çalışacaq.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib:  “Bu mövsüm idmanımızın ən yaxşı tərəflərini nümayiş etdirir. Çünki yarışlar çox maraqlı və yüksək səviyyədə keçir, eyni zamanda böyük auditoriya toplayır. İdmanımız dəyişən şərtlərə uyğunlaşmaq və yaradıcı yanaşma nümayiş etdirmək qabiliyyətini göstərir.

FIA və çempionatdakı komandalarla birlikdə idmanımızın əsaslarını daha da möhkəmləndirməyə maksimum diqqət ayırmağa davam edirik ki, dünyanın hər yerindəki azarkeşlər həm trasda, həm də trasdan kənarda mümkün qədər parlaq təəssüratlar yaşasınlar”.

Bunları da oxuyun

Şərh əlavə et