N.Tombazis: Bolidlər 80 kq yüngülləşəcək

N.Tombazis: Bolidlər 80 kq yüngülləşəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA-nın direktoru Nikolas Tombazis 2026-cı il şassi və aerodinamika qaydalarının müsbət nəticə verdiyini və gələcəkdə də dəyişikliklərin davam etdiriləcəyini bildirib.

FIA mövsümün əvvəlindən etibarən yeni güc qurğusu və enerji idarəetməsi ilə bağlı ciddi tənqidlərə məruz qalsa da, şassi istiqamətində mühüm dəyişikliklər edib. Yeni qaydalarla bolidlərin təkər bazası (ön və arxa təkərlərin mərkəzləri arasındakı məsafə) 20 santimetr qısaldılıb, eni 10 santimetr azaldılıb və minimum çəkisi 768 kiloqram müəyyənləşdirilib. Bu isə ötən mövsümlə müqayisədə 32 kiloqramlıq azalma deməkdir.

Nikolas Tombazis: “Öndə gedən bolidin arxasındakı hava axınının təqibə təsiri və aerodinamika borusu baxımından 2022-ci ilin əvvəlindəki səviyyəyə bənzər vəziyyətdəyik, lakin bu mövsüm qaydalarımız daha möhkəmdir.

Bu dəfə ön qanadın kənarları və ya altlığın detalları kimi aerodinamik konsepsiyanı tamamilə poza biləcək problemlərin qarşısını ala bildik. Bundan əlavə, bolidlərin hələ də idarə edilməsinin çətin olması sevindiricidir. Dünyanın ən yaxşı 22 pilotunun yarışdığı seriyada bolidlər uşaq oyuncağı qədər asan idarə olunmamalıdır”.

Altlıq effekti olduğu dövrdəki həddindən artıq sərt və alçaq bolidlərlə müqayisədə sürüş hündürlüyünün bir qədər artırılması pilotların fiziki yüklənməsini də müəyyən qədər azaldıb. Tombazis əsas hədəflərinin növbəti qaydalar dövründə həyata keçiriləcəyini bildirib: “Bolidlərin yüngülləşməsi və ölçülərinin kiçilməsi pilotlar tərəfindən müsbət qarşılanıb. Lakin etmək istədiklərimiz bununla məhdudlaşmır.

Növbəti qaydalar dövründə bolidləri 80 kiloqram daha yüngülləşdirməyi, bir qədər qısaltmağı və ölçülərini daha da azaltmağı hədəfləyirik. Qarşıdakı dövrdə bu istiqamətdə radikal addımlar atacağıq. Hazırkı dəyişiklik yaxşı başlanğıcdır, lakin işimiz hələ bitməyib”.

Bunları da oxuyun

Şərh əlavə et