C.Rassell: Problem məndə yox, boliddədir

C.Rassell: Problem məndə yox, boliddədir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının pilotu Corc Rassell çempionluq uğrunda mübarizədə geridə qaldığı çətin 2026-cı il mövsümünün ilk yarısını dəyərləndirib.

Yeni güc qurğusu qaydalarının qüvvəyə mindiyi 2026-cı il mövsümünə Melburnda inamlı qələbə ilə başlayan Corc Rassell qısa müddət sonra çempionluğun əsas favoritlərindən biri hesab olunsa da, ardınca uğursuzluqlarla üzləşib.

Kanada Qran Prisində lider olduğu yarışda batareya problemi yaşaması, həmçinin komanda yoldaşı Kimi Antonelli ilə mübarizə fonunda W17 bolidinin istənilən balansı tapa bilməməsi nəticəsində Rassell çempionatın liderindən 59 xal geri düşüb.

Həm mediada, həm də sosial şəbəkələrdə ünvanına səslənən tənqidlərə baxmayaraq soyuqqanlılığını qoruduğunu bildirən britaniyalı pilot yaşadığı enişli-yoxuşlu dövr barədə RacingNews365-ə verdiyi eksklüziv müsahibədə danışıb.

Kənardan gələn tənqidlərə qarşı artıq immunitet qazandığını deyən Rassell diqqətini yalnız sürücülüyünə yönəltdiyini bildirib: “Məni ayaqda saxlayan əsas amil, həqiqətən daha sürətli olmağıma kömək edəcək məsələlərə fokuslanmağımdır.

Mənfi xəbərləri oxumaq, sosial şəbəkələrə baxmaq və ya medianın təxribat xarakterli suallarına əsəbiləşmək mənə heç nə qazandırmır. Bütün enerjimi özümə və komandama sərf etməliyəm.

Bu il yaşadığımız bütün çətinliklərə baxmayaraq, daxilən özümü çox güclü hiss edirəm. Çox ağır nəticələrdən sonra ən aşağı nöqtəyə düşdüyüm anlar olub, ancaq inamımı heç vaxt itirməmişəm.

Çünki bilirəm ki, istədiyim performansı göstərə bilmirəmsə, problem mənim sürüşümdə deyil, sürdüyüm boliddədir”.

Avtoidmanda fikirlərin çox tez dəyişdiyini vurğulayan Rassell Formula 1-i futbol ilə müqayisə edərək bu idman növünün fərqli təbiətini belə izah edib: “Formada olan futbolçu uzun müddət bunu qoruya bilir. Formasını itirən futbolçu üçün də eyni sözləri demək olar.

Lakin Formula 1-də hər şey tam fərqlidir. Bir yarış həftəsonu sizi superulduz elan edirlər, növbəti həftəsonu isə sanki yoxa çıxırsınız. Sonra yenidən zirvəyə qalxır, ardınca yenə eniş yaşayırsınız.

Futbol bənzətməsi ilə desək, Formula 1-də hər yarış həftəsonu həm oynadığınız meydança, həm də top dəyişir.

Məhz buna görə diqqətimi hara yönəltməli olduğumu çox yaxşı bilirəm”.

Bunları da oxuyun

Şərh əlavə et