C.Voulz: İnkişaf edirik

C.Voulz: İnkişaf edirik
MIAMI, FLORIDA - MAY 03: Alexander Albon of Thailand driving the (23) Williams FW48 Mercedes on track during the F1 Grand Prix of Miami at Miami International Autodrome on May 03, 2026 in Miami, Florida. (Photo by Alastair Staley/LAT Images)
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandasının rəhbəri Ceyms Voulz mövsümün ikinci yarısı ilə bağlı fikirlərini bölüşüb.

Mövsümöncəsi Barselonadakı testləri istehsalat gecikmələri səbəbindən buraxan Williams bolidində çəki və balans problemləri hələ də özünü göstərməkdə davam edir. Son olaraq Macarıstan Qran Prisində hər iki bolidin də sıralanma turunun ilk sessiyasında (Q1) mübarizəni dayandırması və yarışı 17-ci və 18-ci pillələrdə başa vurması nəticəsində Williams Mühəndislər Kubokunda Audinin də gerisinə düşüb.

Yay fasiləsinin başlaması ilə sosial media hesabı vasitəsilə azarkeşlərə müraciət edən Ceyms Voulz trasdakı nəticələrin ürəkaçan olmadığını etiraf etsə də, bazada görülən gərgin işə diqqət çəkib: “Komandalara enerji toplamaq imkanı verən bu fasilə hamımız üçün çox faydalı olacaq.

Trasdakı nəticələrimiz arxa planda görülən böyük işi tam əks etdirməsə də, bu istirahət dövrü çox uyğun vaxta təsadüf etdi. Yenidən xal qazanan komandalar sırasına qayıtmaq üçün ilboyu əlimizdən gələni etdik”.

Komanda daxilində həyata keçirilən struktur dəyişikliklərinin orta və uzunmüddətli perspektivdə mütləq nəticə verəcəyini vurğulayan Voulz sözlərini belə tamamlayıb: “Bu müddətdə etdiyimiz bir çox müsbət dəyişiklik kənardan baxanda görünməyə bilər. Amma arxa planda bizi hər il daha da irəli aparacaq çox güclü inkişaf addımları atırıq.

Yay fasiləsi ərzində həm dincələcək, həm də inkişaf etdirməli olduğumuz sahələri qiymətləndirəcəyik. Söz veririk ki, bolidimizə qazandıra biləcəyimiz hər millisaniyə üçün əlimizdən gələni edəcəyik.

Mövsümün ikinci yarısını güclü şəkildə başa vurmaq üçün trasa daha enerjili qayıdacağıq”.

Bunları da oxuyun

Şərh əlavə et