Xəbəri Kokpitdə Oxuyun!

FİA-dan Red Bull-a icazə gəlib

FIA, Red Bull-un “Macarena” adlandırılan arxa qanadını araşdırmağı davam etdirsə də, komandanın bu sistemi Belçika Qran Prisində istifadə etməsinə icazə verib.

FIA düzlüklərdə hava müqavimətini azaltmaq üçün açılan, döngəyə girişdən əvvəl isə yenidən əvvəlki vəziyyətinə qayıdan və “Macarena” adlandırılan arxa qanad sistemi ilə bağlı araşdırmalarını davam etdirir. Federasiya bu proses çərçivəsində həm Red Bull, həm də Ferrari-dən texniki məlumat toplamağı davam etdirir.

Araşdırma Maks Ferstappenin son yarışlarda yaşadığı insidentlərdən sonra başladılıb və əsas məqsəd texniki reqlament pozuntusunu araşdırmaq deyil. FIA daha çox sistemin təhlükəsizliyi və etibarlılığına diqqət yetirir.

Eyni zamanda Red Bull da son iki yarış həftəsonunda Ferstappenin bolidində yaranan problemi araşdırmağı davam etdirir. Komanda Spa-Frankorşam trasında bu nasazlığa daimi həll tapmağı hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et