Kokpit.az xəbər verir ki, hazırlıqlar çərçivəsinə komandaların xüsusi rəng çaları seçməsi də daxildir – belə komandaların sayı artıq 3-dür.
Red Bull Racing bunun üçün fanat yarışmasının qalibi britaniyalı, Esseksdən olan Lindsi Palmerin yaratdığı RB19 liveriyasından istifadə edəcək. Maks Ferstappen və Serxio Peresin avtomobillərini bəzəyən sarı və çəhrayı xətlərin Las Veqasın neon işıqlarını simvolizə etdiyi güman edilir.
Williams Las-Veqasdakı yarışla liveriya bağlı variasiyalarını nümayiş etdirib. Mühərrikin korpusunun rənglənməsi yerli neon işarələri və məşhur kazinolar mövzusunu özündə əks etdirir.
McLaren isə daha çox qara rəng əlavə edib və yan pontonlarda sponsorlarından birinə – Jack Daniel’s-ə işarə vurub.
Həftəsonunun başlamasına az qalsa da, digər komandalardan da oxşar addımlar görə bilərik…
Şərh əlavə et