Xəbəri Kokpitdə Oxuyun!

Goodwood sürət festivalında F1-dən kimlər var?

Dünyanın ən nüfuzlu avtoidman tədbirlərindən biri olan 2026-cı il Goodwood Sürət Festivalı bu həftə Formula 1 ulduzlarını, dünya çempionlarını və yarış əfsanələrini bir araya gətirəcək.

Formula 1 üzrə son dünya çempionu Lando Norris podiumlara yüksəldiyi 2023-cü il istehsalı olan McLaren MCL60 bolidinin sükanı arxasına keçəcək.

Norris, həmçinin McLaren-in gələn il Le Manın 24 Saatı yarışında mübarizə aparacaq MCL-HY hiperkarının ilk ictimai nümayişi zamanı avtomobili azarkeşlər qarşısında test edəcək.

Çempionatın lideri Kimi Antonelli də festivalın əsas qonaqlarından biridir. Gənc pilot cümə axşamı Mercedes bolidi ilə nümayiş etdirdiyi “burnout” şousu ilə azarkeşlərin böyük marağına səbəb olub.

Alpine pilotları Pyer Qasli və Franko Kolapinto isə növbə ilə Kimi Rəykkönenin 2012-ci ildə Abu-Dabi Qran-prisini qazandığı V8 mühərrikli Lotus E20 bolidini idarə edəcəklər.

Red Bull komandası festivalda gənc istedad Ayzek Hacarla təmsil olunacaq. Hacar, Adrian Nyuinin yalnız tras istifadəsi üçün hazırladığı, 1200 at gücünə malik RB17 hiperkarını məhz Nyui ilə birlikdə sürəcək. Yuki Tsunoda da bu avtomobilin sükanı arxasına keçəcək pilotlardan biri olacaq.

Formula 1-in keçmiş dünya çempionları Mario Andretti və Emerson Fittipaldi ilə yanaşı, Le Manın 24 Saatı yarışının əfsanələri Tom Kristensen və Derek Bell də Goodwood-da iştirak edəcəklər.

Festival çərçivəsində Porsche 962, Ford GT MKIIMcLaren F1 GTR kimi tarixi prototiplər də trasa çıxacaq.

Motosiklet idmanının ən böyük əfsanələrindən biri, yeddiqat MotoGP dünya çempionu Valentino Rossi  1999-cu ildə Le Man 24 Saat yarışının qalibi olmuş BMW V12 LMR avtomobilini idarə edəcək.

İtaliyalı əfsanəni iki təkər üzərində görmək istəyən azarkeşlər də unudulmayıb. Rossi eyni zamanda 2020-ci il istehsalı olan Yamaha M1 motosikletini də sürəcək.

Ralli ulduzları Sebastyen Löb, Sebastyen Ojye və Nasser Əl-Əttiyahın da qatılacağı tədbirdə Den Tiktum Formula E-nin yeni nəsil Gen4 prototipi ilə müasir elektrik yarış texnologiyalarının imkanlarını nümayiş etdirəcək.

Goodwood Sürət Festivalında iştirak edən hazırkı Formula 1 pilotları

Pilot İdarə edəcəyi avtomobil
Lando Norris McLaren MCL60, McLaren MCL-HY
Pyer Qasli Alpine E20
Franko Kolapinto Alpine E20
Ayzek Hacar Red Bull RB17
Yuki Tsunoda Red Bull RB17

Goodwood Sürət Festivalında iştirak edən sabiq Formula 1 pilotları

Pilot İdarə edəcəyi avtomobil
Mario Andretti Chevrolet Camaro IROC
Maykl Andretti Shelby Daytona Coupe
Gerhard Berger Benetton B186
Tyerri Butsen Porsche 962, BMW Sauber F1.07
Devid Brabham Jaguar XJR-9 LM, Panoz LMP-1 Roadster-S
Karun Çandhok McLaren M23D, Ford GT MkII
Kristian Danner Benetton B186
Lukas di Qrassi Formula E Spark Gen1
Derek Bell Porsche 962
Deymon Hill Williams FW11, Williams FW18
Emerson Fittipaldi Buick Regal
Patrik Frizaxer Red Bull RB18
Mark Jene Ferrari SF21
Stefan Yohansson Ferrari F2008
Kazuki Nakacima Toyota GR GT
Arturo Mertsario Ferrari 156 Sharknose
Emanuele Pirro Ferrari 330 P3/412P
Bruno Senna McLaren MP4/8B
Jan-Erik Vern DS Techeetah FE19
Karl Vendlinger Mercedes-Benz 300 SEL

Goodwood Sürət Festivalında diqqət çəkən digər iştirakçılar

  • Valentino Rossi
  • Tom Kristensen
  • Romen Duma
  • Sebastyen Löb
  • Sebastyen Ojye
  • Elfin Evans
  • Yohan Kristoffersson
  • Nasser Əl-Əttiyah
  • Dario Frankitti
  • Adrian Nyui
  • Cakomo Aqostini
  • Keysi Stouner
  • Kevin Şvants
  • Kolin Edvards
  • Deyvi Todd
  • Ceymi Uinkap
  • Kurt Buş
  • Benua Trelyüe
İl Formula 1 Bolidi
1937 Mercedes-Benz W125
1961 Ferrari 156 “Sharknose”
1976 McLaren-Cosworth M23D
1982 Williams FW08C
1986 Williams-Honda FW11
1986 Benetton-BMW B186
1993 McLaren-Ford MP4/8
1993 McLaren-Ford MP4/8B
1996 Williams FW18
2008 Ferrari F2008
2012 Lotus-Renault E20
2012 Red Bull Racing RB8
2022 Red Bull Racing RB18
2022 Mercedes-AMG W13
2023 McLaren MCL60
2025 Aston Martin AMR25

Rauf Hacıyev

Şərh əlavə et