Kokpit.az xatırladır ki, Formula 1-in dördqat çempionu Alen Prost bu ilin may ayının ortalarında evinin qarət edilməsi zamanı xəsarət alıb. Hadisə Prostun Cenevrə gölü yaxınlığındakı Nyonda yerləşən villasının ərazisində baş verib.
İsveçrənin Blick nəşri yazır ki, Paris yaxınlığında yerləşən Pontuaz prokurorluğu bu iş üzrə 16-22 yaşlı beş nəfərin saxlanıldığını təsdiqləyib. Onlara oğurluq, adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə və cinayətkar qruplaşmada iştirak ittihamları irəli sürülüb.




Şərh əlavə et