Mövsümün əvvəlində Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar Yaxın Şərqdəki müharibə səbəbindən ləğv edilib. Onların təqvimə qaytarılması üçün hazırda ciddi səylər göstərildiyini yazmışdıq.
Dünən Silverstounda Bəhreynin vəliəhd şahzadəsi Salman bin Həməd Əl-Xəlifə FIA və Formula 1 rəhbərliyi, o cümlədən Formula 1-in baş direktoru Stefano Domenikali və FIA prezidenti Məhəmməd Ben Sulayem ilə bu ilin payızında Bəhreyn Qran Prisinin mümkün keçirilməsi barədə danışıqlar aparıb. Mümkün variantlardan biri Azərbaycan və Sinqapur Qran Priləri arasında, 2-4 oktyabr tarixləridir.
Hələlik heç nə təsdiqlənməyib, lakin qeyri-rəsmi məlumata görə, danışıqlar uğurlu keçib və razılaşma tamamlanmağa yaxındır.




Şərh əlavə et