Kristian Horner: “Silverstounda yenidən olmaq əladır. Nəticə etibarilə, mən azarkeşəm. 1993-cü ildən bəri Britaniya Qran Prisinin heç birini buraxmamışam və burada olduğum üçün çox şadam.
Məzuniyyət xoşuma gəlib. Mən iyirmi il Red Bull-da işləmişəm, indi isə ilk dəfə bir az boş vaxtım yaranıb. Amma şəxsən mən həmişə düzgün davranmağa, həqiqətən uğur şansı olan işi görməyə çalışmışam.
Aston Martin? Əla Britaniya brendidir. Hazırda belə problemlər yaşamalarını görmək kədərlidir. Amma problemlər hamıda olur. Dünən bu, Alpine idi, bu gün Aston Martin-dir. Onların hamısına ən yaxşısını arzulayıram.
Heç yerə tələsmirəm. Əsas odur ki, Formula 1 əla formadadır. Bu il yarışlar kənardan izləyəndə möhtəşəmdir. Formula 1-ə maraq həddindən artıq yüksəkdir. Çox insan bu idmana qoşulmaq istəyir, görək necə olacaq. İndi çoxlu fərziyyələr var. Deyəsən, şayiələr məni hər komanda ilə əlaqələndirib. Amma mən burada sadəcə yarışdan zövq almaq üçünəm. Bu gün mən sadə azarkeşəm”.




Şərh əlavə et