Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Madriddə çəkiliş günü keçirəcək

Ferrari sentyabrda İspaniya Qran Prisinə ev sahibliyi edəcək Madriddəki yeni şəhər trasını sınaqdan keçirəcək ilk Formula 1 komandası olacaq.

Scuderia Madringdə çəkiliş günü keçirəcək və bu çərçivədə maksimum iki yüz kilometr məsafə qət etmək mümkündür. Sükan arxasına komandanın hər iki sürücüsünün – Şarl Lekler və Lyuis Həmiltonun əyləşəcəyi gözlənilir. Onlar yeni trasla ilk tanış olan sürücülər olacaqlar, komanda isə Madriddə debüt yarış həftəsonu ərəfəsində faydalı məlumat toplayacaq.

İspaniya avtodromunun tikintisi hələ də davam edir, lakin söhbət əsasən tribunalar və paddokdakı infrastruktur obyektlərindən gedir. Bununla belə, yarış halqasının özü artıq hazırdır və bu, Ferrari-yə yeni trasda ilk dövrələri vurmağa imkan verəcək.

Gilanur Huseynova

Şərh əlavə et