Məhəmməd ben Sülayem: “Müstəqil təchizatçı ona görə lazımdır ki, mühərriklərini alan başqa komandalar üzərində bir komandanın heç bir nəzarəti olmasın. Əgər bu, qiymət baxımından əlçatan olsa, müştəri komandalar üçün bir mühərrikimiz olacaq ki, heç kim öz mövqeyindən istifadə edib onlara: “Belə səs verin, əks halda sizə yaxşı mühərrik verməyəcəyik” deyə diktə edə bilməsin.
Bu, FIA-nın seçəcəyi güc qurğusu olacaq və ondan müxtəlif komandalar istifadə edə biləcəklər. Belə ssenaridə biz neytrallığa, gücə və qiymətə nəzarət edə biləcəyik. Biz konkret təchizatçıya sadəcə: “Gedin və bunu X komandası, Y komandası və Z komandası üçün edin” deyə bilmərik. Amma FIA həmişə arbitr rolunda çıxış edəcək.
McLaren-də öz mühərriklərini hazırlamağa hazır olduqlarını bəyan ediblər. Alpine-də də güc qurğusu yarada bilərlər. Artıq iki komanda bizə təşəkkür edir. Formula 1-də yeni güc qurğusu istehsalçıları peyda ola bilər, bəlkə də onların sayı indikindən çox olacaq və bu, yaxşıdır.
Məqsədimiz maşının çəkisini 100 kq azaltmaqdır və bu, təhlükəsizliyi də yaxşılaşdıracaq. Turbin böyük çəki və böyük xərclər deməkdir. Bundan başqa, indi batareyamız da var… Bəs turbin nə edir? O, səsi aradan qaldırır.
Ona görə də bu gün hesab edirəm ki, birini seçmək lazımdır: ya turbin, ya da batareya. Federasiya isə bu prosesə rəhbərlik etməlidir. Əgər sadəcə dairəvi şəkildə hərəkət etsək, heç nə həll etməyəcəyik”.
Ben Sülayem Formula 1-ə yanacaq doldurulmasının qaytarılmasına hazır olduğunu, lakin hələlik bunun yalnız təklif olduğunu əlavə edib: “Yanacaq doldurmanın təhlükəsizliyi məsələsini öyrənirik və hesab edirik ki, hər şey düzgün şəkildə edilərsə, problem olmaz. Biz bu məsələni araşdırırıq, amma hələlik heç bir addım atmırıq.
Dayanıqlı yanacaqla yanacaqdoldurma elektrifikasiya ilə birlikdə yaxşı həll ola bilər. Ola bilsin, güc qurğusunun elektrifikasiyasının 10%-dən daha böyük payla tətbiqi variantını nəzərdən keçirək. Biz hələ də müxtəlif həllərə açığıq”.




Şərh əlavə et