Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Hornerlə müntəzəm danışır

Silverstoundakı həftəsonunda Kristian Horner Red Bull Racing-dən ayrıldıqdan sonra ilk dəfə Formula 1 paddokunda görünüb.

Jurnalistlər Maks Ferstappendən Hornerin qayıdışı barədə nə düşündüyünü soruşanda dördqat dünya çempionu keçmiş rəhbəri ilə əlaqəni heç vaxt kəsmədiyini deyib.

Maks Ferstappen: “Mən Kristianla demək olar hər həftə danışıram. Kameralarda onun paddokda gəzdiyini gördüm, amma düzü, heç kimlə görüşməyə vaxtım yox idi. Bu həftəsonu işim çoxdur. Kristianla nədən danışırıq? Dostlarınızla və ya çoxdan tanıdığınız insanlarla danışdığınız mövzulardan”.

Maksdan Silverstoundakı yarışın nəticəsinin onun gələcəyinə təsir edib-etməyəcəyi soruşulanda o, qısa cavab verib: “Hazırda bu barədə heç nə deməyəcəyəm. İndi bu mövzunu müzakirə etmək ədalətli olmazdı”.

Gilanur Huseynova

Şərh əlavə et