Silverstoundakı yarışın gedişində Kimi Antonelli dəfələrlə tras hüdudlarından çıxdığına görə cəza alıb. Onun maşını zədələnmişdi, amma buna baxmayaraq, Kimi ən azı bir neçə xal qazanmaq üçün əlindən gələni edirdi.
Formula 1-in keçmiş pilotu Xuan-Pablo Montoya FIA-nı qaydalarda dəyişiklik etməyə çağırıb. O hesab edir ki, pilot trasdan çıxaraq üstünlük qazandığı halda cəzalandırılmalıdır.
Xuan-Pablo Montoya: “Mercedes-də diqqət çəkilən çox vacib məqam tras hüdudlarının pozulması şəraitinin nəzərə alınmasının zəruriliyidir. Əgər siz tras hüdudlarından çıxır və buna görə vaxt itirirsinizsə, bu, qayda pozuntusu sayılmamalıdır. Reqlament elə formalaşdırılmalıdır ki, trasdan kənara çıxıb üstünlük əldə edirsinizsə, bu, pozuntu kimi qeydə alınsın. Amma maşınınız sıradan çıxırsa və buna görə cəzalar alırsınızsa, əlavə olaraq cəzalandırılmamalısınız”.




Şərh əlavə et