Xəbəri Kokpitdə Oxuyun!

A.Lindblad: İlk ev yarışımda xal qazandığıma şadam

Racing Bulls komandası Böyük Britaniya Qran Prisində mövsümün ən yaxşı nəticəsini təkrarlayıb: Liam Louson 6-cı, Arvid Lindblad 7-ci olub.

Lyam Louson: “Bu gün komanda fantastik nəticə əldə edib. Biz inamlı start götürdük, mənim isə əla yarış tempim var idi. Ona görə də bu gün hər şeyin necə keçdiyinə görə çox şadam.

Komandanın gördüyü gərgin işlə çox fəxr edirəm. Bunun sayəsində indi müntəzəm olaraq xal qazanırıq. Qarşıda bizim üçün çətin traslarda yarışlar var, amma ümid edirəm ki, müsbət yanaşmamızı qoruyacağıq”.

Arvid Lindblad: “Əla gündür və ilk ev Qran Primdə xal qazandığıma görə şadam. Öz azarkeşlərimin qarşısında yarışmaq uik-endi daha da xüsusi edib.

Yaxşı start aldım, amma üçüncü döngədə Maksla yan-yana idim, sürətlənmədə problem yaşadım və təəssüf ki, mövqeyi Maksa uduzdum. Heyif, amma komanda yaxşı nəticə əldə edib və biz eyni ruhda davam edirik.

Komanda əla işləyib, Kanadada təqdim olunan yeniliklər isə maşını daha da yaxşılaşdırıb. Buna görə də əməyinə görə hər kəsə böyük təşəkkür edirəm”.

Gilanur Huseynova

Şərh əlavə et