Yarış direksiyasından bir dövrə geri qalan pilotların təhlükəsizlik avtomobilini keçə biləcəyi barədə bildiriş yayılanda Williams pilotu bunu edib. Lakin Karlos nəzarət nöqtəsində bir dövrə geri qalan pilot olmayıb və onun maşınının nömrəsi ötmə edə biləcək sürücülər sırasında göstərilməyib.
Pozuntuya görə stüardlar Karlos Saynsa bir cərimə dövrəsi yazıblar. Bu, nadir cəzadır, amma FIA-nın Beynəlxalq İdman Məcəlləsinə əsasən mümkün sanksiyalardan biridir. Cəza tətbiq edildikdən sonra Britaniya Qran Prisinin protokolunda Karlos Sayns on ikinci yerdən on yeddinci yerə enib.




Şərh əlavə et