Britaniya Qran Prisi Maks Ferstappen üçün yarışın 46-cı dövrəsində trasdan çıxmaqla yadda qalıb. Buna səbəb arxa qanadın tam bağlanmaması və onun hərəkətli elementinin ilkin vəziyyətə tam qayıtmaması olub.
Nəticədə ardıcıl ikinci yarışda komanda sürücüsündən üzr istəməli olub.
Loran Mekis: “Maksın maşınında arxa qanadla bağlı nasazlıq yaranıb, buna görə məsuliyyət tamamilə bizim üzərimizdədir. Biz Maksdan üzr istəyirik. Onun trasdan çıxmasına səbəb olan belə problem ilk dəfə baş vermir və bu, həmişə xoşagəlməzdir. Amma ən vacibi odur ki, Maksın vəziyyəti qaydasındadır.
Yarış tempi uik-endin əvvəlki günləri ilə müqayisədə açıq şəkildə daha yaxşı idi – bu baxımdan müəyyən irəliləyiş əldə etmişik. Yarışın orta hissəsində sərt təkərlərlə işlərimiz ən yaxşı şəkildə getmirdi, amma məsafənin əvvəlində Maks Medium təkərlərlə ilk iki hissəni çox inamlı keçirib.
Bu gün Maks podiuma yüksələ bilərdi, çünki hər iki McLaren maşınını və Mercedes pilotlarından birini qabaqlamaq üçün kifayət qədər sürətli idi, amma biz bu imkanı əldən verdik. İndi irəli getmək lazımdır, inkişaf yalnız özümüzdən asılıdır.
Bu, yenilənmiş maşınla cəmi ikinci yarış idi və hazırda əsas vəzifə texniki etibarlılıq məsələlərini həll etmək, hər iki pilotun finişə çata biləcəyinə, eyni zamanda tam gücü ilə hücum edə biləcəyinə və heç bir problemin onlara mane olmayacağına zəmanət verməkdir”.




Şərh əlavə et