Lakin əslində bu baş verməyib və yarış təhlükəsizlik avtomobili arxasında başa çatıb.
Yarışdan sonra FIA bunun niyə baş verdiyi ilə bağlı qısa açıqlama yayıb: “Reqlamentin təhlükəsizlik avtomobilinin trasda olmasını tənzimləyən B5.13.5 maddəsində qeyd olunur ki, dövrə geridə qalan pilotların liderlə eyni dövrəyə qayıtması proseduru başa çatdıqdan sonra təhlükəsizlik avtomobili daha bir dövrə trasda qalmalıdır. “Təhlükəsizlik avtomobili dövrənin sonunda trası tərk edəcək” mesajı proqram təminatındakı xəta səbəbindən səhvən göstərilib”, – deyə FIA-nın açıqlamasında bildirilib.




Şərh əlavə et