Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli startda 3 yer itirəcək

Alpine komandasının pilotu Pyer Qasli Böyük Britaniya Qran Prisinin startında üç yer itirəcək. Fransalı sürücü təsnifat mərhələsinin ilk hissəsində Ləns Strolla mane olduğuna görə cəzalandırılıb.

Stüardların araşdırmasına görə, Qasli yavaş dövrədə olarkən 15-ci döngədə sürətli dövrə vuran Aston Martin pilotu Stroll ona çatıb. Qasli optimal trayektoriyada qaldığı üçün Stroll onu kənardan keçmək məcburiyyətində qalıb.

Qasli stüardlara bildirib ki, həmin anda FOM avadanlığındakı texniki nasazlıq səbəbindən radiosu işləməyib. FOM nümayəndəsi də bu problemi təsdiqləyib.

Buna baxmayaraq, stüardlar vurğulayıblar ki, radio ilə bağlı texniki problem digər bolidə mane olmağa görə məsuliyyəti aradan qaldırmır. Nəticədə təsnifatı 12-ci yerdə başa vuran Pyer Qasli start düzümündə üç yer geriyə salınıb.

Rauf Hacıyev

Şərh əlavə et