Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Nəticələr sıxdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sprint yarışında əsas mübarizə arxadakı sürücülərlə olacaq.

Niderlandlı sürücü Silverstounda sprint təsnifatını üçüncü yerdə başa vurub.

Maks Ferstappen: “Final sessiyasında nəticələr çox sıx idi. Mən rahatlıqla üçüncü də ola bilərdim, altıncı və ya yeddinci də. Amma ümumilikdə pis çıxış etmədik.

Rəqiblərdən çox geri qalmadıq, amma yenə də müəyyən fərq var idi. Bir qədər döngələrdə, bir qədər də sürətlənmə zamanı itirdik. Dövrə vaxtını yaxşılaşdırmaq üçün bəzi məqamları araşdırmalıyıq. Sprintdən sonra bunun üzərində işləyəcəyik.

Həmilton və Antonelli burada çox sürətlidirlər. Onlar bu qədər güclüdürlərsə, yarışın gedişində, startdan sonrakı vəziyyət sabitləşəndən sonra komanda yoldaşları da sürətli olacaqlar. Düşünürəm ki, sabah əsas mübarizəm arxamdan start alan pilotlarla olacaq.”

Rauf Hacıyev

Şərh əlavə et