Xəbəri Kokpitdə Oxuyun!

Honda yeni mühərriyin tarxini açıqlayıb

Honda daha əvvəl yeni güc qurğusunun hazır olacağı vaxtla bağlı konkret tarix açıqlamırdı, lakin Kanadada Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara bildirib ki, işlərin yay fasiləsinə qədər tamamlanması planlaşdırılır.

Yay fasiləsindən sonrakı ilk mərhələ Zandfortda keçiriləcək Niderland Qran Prisidir. Komanda həmin vaxta qədər aerodinamik paketinin yeni versiyasını da hazırlayır.

Şintaro Orihara: “Nələri yaxşılaşdırmalı olduğumuzu bilirik. İlk növbədə yanacağın yanma prosesini optimallaşdırmaq lazımdır. Bunu necə edəcəyimizi bilirik, performansı artıracaq ideyalarımız var və məlumatlar müsbət nəticələr göstərir. Bundan əlavə, səmərəliliyi artırmaq üçün sürtünməni azaltmaq lazımdır. Bazadakı mühəndislərin qarşısında böyük tapşırıq siyahısı var və biz bütün istiqamətlər üzrə inkişaf üzərində işləyirik.

İnkişaf uzunmüddətli prosesdir, lakin artıq mövsümün sonundan danışmırıq. Müəyyən irəliləyişi daha tez – yay fasiləsi dövründə görməyi hədəfləyirik.

Kanadada hər iki maşında güc qurğusu ilə bağlı ciddi problem yaşanmamasından razıyıq, idarəetmə baxımından da irəliləyiş var. Ancaq pilotların tələbləri ilə bizim nəticələr arasında hələ də fərq qalır. Buna görə növbəti addım idarəetməni daha da yaxşılaşdırmaq olacaq. Hansı istiqamətdə hərəkət etməli olduğumuzu bilirik”.

Rauf Hacıyev

Şərh əlavə et