Kokpit.az xatırladır ki, hazırkı F1 mühərrikləri bu ildən istifadəyə verilsə də, əksər sürücülər bu güc qurğusundan narazıdır.
Stefano Domenikali: “Mən həmişə demişəm ki, bu addımı 1000% dəstəkləyirəm. FIA prezidentinin baxışını tam şəkildə müdafiə edirəm. Ekoloji təmiz yanacaq, daha yüngül bolidlər və V8 mühərrikləri ilə biz avtoidmanın əsl mahiyyətini yenidən kəşf edəcəyik. Mən Formula 1-i məhz buna görə sevmişəm.
Bəzi insanlar – çox az sayda insan yeni güc qurğuları reqlamentindən şikayət edir. Mən sadəcə faktı qeyd edirəm. Unutmamalıyıq ki, bu dəyişikliklər vacib idi, əks halda istehsalçılar komandaları mühərriklə təmin etməyi dayandıracaqdılar. Bu, onların istəyi idi və bu faktdır.
Biz isə öz tərəfimizdən Formula 1-in tam elektrik seriyasına çevrilməsini istəmirdik. Buna görə də yeni istehsalçıları cəlb etmək üçün belə bir kompromis tapıldı”.




Şərh əlavə et