Mənbənin iddiasına görə, Monako mərhələsi Bottas üçün həlledici ola bilər. Əgər o, Knyazlıq küçələrində də komandanı məyus etsə, Barselonada onu ehtiyat pilot Kolton Herta əvəz edə bilər. Hazırda amerikalı pilot Formula 2-də çıxış edir.
Lakin Hertanın hələ superlisenziyası yoxdur. Bottasın əvəzlənməsi kimi olduqca az ehtimal olunan ssenari baş versə, Cadillac FIA-dan xüsusi istisna istəməli olacaq. Bundan başqa, Hertanın aktual Cadillac bolidi ilə təcrübəsi də yoxdur. O, komanda ilə ilk dəfə məhz Barselonada keçiriləcək cümə sərbəst yürüşündə işləyəcək.
Bu səbəbdən də təcrübəli Bottasla mövsüm bitməmiş yolların ayrılması və onun yerinə perspektivli gənc pilotun gətirilməsi barədə xəbərlər hələlik sadəcə şayiə səviyyəsində qalır.




Şərh əlavə et