Bu ilin oktyabr ayında Aston Martin-in korporativ rənglərində hazırlanmış dəbli yazı ləvazimatları, səyahət aksesuarları və qadcet kolleksiyası satışa çıxacaq.
Kolleksiyanın əsas məhsulu xüsusi sifarişlə hazırlanmış Circuit Journal gündəliyi olacaq. Formula 1 azarkeşləri üçün nəzərdə tutulan bu gündəlikdə komandanın pərdəarxası həyatı ilə bağlı eksklüziv materiallar, həmçinin mövsüm ərzində keçirilən hər yarış haqqında qeydlər aparmaq üçün xüsusi bölmələr yer alacaq.
Lisenziyalaşdırma şöbəsinin rəhbəri Metyu Çepmen: “Əfsanəvi Britaniya brendi ilə əməkdaşlığın başlamasından qürur duyuruq”.




Şərh əlavə et