Dördqat Dünya Çempionu yarışdan sonra sevincli görünürdü və sanki artıq Formula 1-dən getmək fikrindən daşınmış təsiri bağışlayırdı.
Maks Ferstappen: “Bu gün əla mübarizələr oldu. Həmişə öndə mübarizə aparanda daha maraqlı olur. Bu il ilk dəfə podiuma yüksəldim və bu, komandamız üçün çox pozitiv nəticədir. Çox şadam və finişə yaxın Lyuis Həmiltonla olan mübarizə mənə böyük zövq verdi.
Eyni temp və yanaşma ilə işləməyə davam etməliyik. Həftəsonu ərzində hər şeyi ideal etmək həmişə asan olmur. Buna görə də hazırda podium bizim üçün həqiqətən çox yaxşı nəticədir və təbii ki, buna görə çox sevinirəm.
İşləməyə və inkişaf etməyə davam etməliyik ki, rəqiblərdən daha güclü olaq. Məqsədimiz budur. Qarşıdakı yarışlarda nə edə biləcəyimizi görəcəyik”.




Şərh əlavə et