Yeddiqat dünya çempionu yarışdan sonra sevincini gizlətməyib və bu nəticənin komandaya gələcək üçün ümid verdiyini bildirib.
Lyuis Həmilton: “İlk növbədə komandama böyük təşəkkür etmək istəyirəm. Sağ olun, uşaqlar!
Son bir ildən artıq müddət kifayət qədər çətin keçdi. Buna görə də nəhayət balans tapmaq və həftəsonunu stabil keçirmək əla hissdir. Yenidən podiuma qayıtmaq inanılmazdır, xüsusilə də rəqiblərin bu qədər sürətli olduğu vaxtda. Maks Ferstappenlə mübarizə aparmaq da çox xoş idi.
Çox şadam. Bu trası və buradakı möhtəşəm azarkeşləri çox sevirəm. Yenidən bura qayıtmağı səbirsizliklə gözləyirəm.
Bu həftəsonunun nəticəsi həqiqətən ümidvericidir. Mercedes böyük yeniliklər gətirmişdi, digər komandalar da yenilənmələr təqdim etmişdilər. Biz isə son yenilikləri Mayamidə gətirmişdik və bazada növbəti inkişaf paketi üzərində işləməyə davam edirik.
Kanada uzun düzlükləri olan şəhər trasıdır, amma biz mübarizədə qala və nəticə əldə edə bildik. Bu, gələcək üçün mənə ümid verir. Amma işləməyə davam etməli və boliddən daha çox performans çıxarmağa çalışmalıyıq”.




Şərh əlavə et