Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monrealdakı təsnifat mərhələsində üçüncü yeri tutub. O, pouldakı Corc Rasselldən 0.171 saniyə geridə qalıb və sprintdəki sıralanma turuna nisbətən fərqi azaldıb.
Lando Norris: “Daha yaxşı nəticə əldə etməyin mümkün olub-olmadığını demək çətindir. Düşünürəm ki, bu gün yaxşı iş gördük. Amma yəqin ki, bunu çoxları deyə bilər.
Kanada trasında hər şeyi ideal etmək çətindir, lakin hesab edirəm ki, biz kifayət qədər yaxşı çıxış etdik. Aydındır ki, ön sıradan start alan pilotlar bir qədər sürətlidirlər, buna görə də fərqin dünənkindən daha az olması sevindiricidir.
Bu gün sprint maraqlı keçdi. Sabah nə olacağını görəcəyik. Proqnoz havanın dəyişəcəyini göstərir, ona görə də baxarıq. Ancaq yaxşı start mövqeyindəyəm. Olmalı olduğumuz yerdəyik”.




Şərh əlavə et