Ferrari yeniliklərə davam edəcək

Ferrari yeniliklərə davam edəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari Mayami Qran Prisinə yenilənmiş bolidlə gəlsə də, şəhər trasındakı mərhələ komanda üçün bu mövsüm topladığı xallar baxımından ən uğursuz yarış olub.

Yarışdan sonra Şarl Lekler bildirib ki, bu nəticə yeniliklərin zəif işləməsi ilə bağlı deyil və mühəndislər qarşıdakı mərhələlər üçün əlavə yeniliklər hazırlayırlar.

Şarl Lekler: “Yeniliklərimiz işləyir, amma digər komandalar da yeniliklər gətirib və görünür, onların həlli bir qədər daha effektiv olub. Yaxın vaxtlarda bizdə də yeniliklər olacaq və ümid edirəm ki, onlar ön sıralardakı mübarizəyə qayıtmağa imkan verəcəklər.

Yeni nəsil bolidlərdə, xüsusilə ilk ildə, hər şey modernizasiya tempindən asılıdır. Biz bu baxımdan hər şeyi ideal şəkildə etdiyimizə əmin olmalıyıq”.

Monakolu sürücü əlavə edib ki, komanda Mayamidə bazar günü bolidin niyə sprint yarışındakı qədər sürətli olmadığını araşdırmalıdır: “Medium təkərlərdə çox sürətli deyildik, çünki bu tərkib güclü degradasiyaya məruz qalırdı. Hard təkərlərdə də ilk dövrələr yaxşı keçmədi, lakin sonra təkərlər daha yaxşı işləməyə başladı.

Ancaq aydındır ki, sprintlə müqayisədə sürət itirmişik. Bunun səbəbini araşdırmaq lazımdır, çünki mən də bunun nə ilə bağlı olduğunu anlamaq istəyirəm.

Düşünmürəm ki, yarış məsafəsi boyunca sürət itirmək hansısa tendensiyadır. Amma gəlin daha bir neçə yarışı gözləyək və bunun həqiqətən belə olub-olmadığını anlayaq”.

Bunları da oxuyun

Şərh əlavə et