F1-in gəlirləri artıb

F1-in gəlirləri artıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Liberty Media şirkəti 2026-cı ilin ilk rübü üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, Formula 1-in gəlirləri 53 faiz artıb.

Yanvar-mart aylarında gəlirlər 403 milyon dollardan 617 milyon dollara yüksəlib. Əməliyyat mənfəəti isə ötən ilin eyni dövründəki 28 milyon dollarlıq zərərə qarşı bu dəfə 107 milyon dollar təşkil edib.

Liberty Media bu fərqi əsasən təqvimlə izah edib. 2025-ci ilin ilk rübündə yalnız Avstraliya və Çin Qran Priləri keçirildiyi halda, 2026-cı ildə bunlara Yaponiya mərhələsi də əlavə olunub.

Bundan başqa, Bəhreyn və Səudiyyə Ərəbistanı yarışlarının ləğvi də mövsümi gəlirlərin bölgüsünə təsir göstərib. Yayım hüquqları, sponsorluq və uzunmüddətli müqavilələrdən əldə olunan gəlirlərin bir hissəsi mövsümdəki yarış sayına uyğun şəkildə hesablanır.

Ötən il təqvimdə 24 mərhələ var idi və martın sonuna qədər cəmi iki yarış keçirilmişdi. Buna görə də ilk rüb hesabatına mövsümi gəlirlərin kiçik hissəsi daxil edilmişdi. Bu il isə təqvim 22 yarışa endirilib və martın sonuna qədər artıq üç mərhələ baş tutub. Nəticədə ilk rüb üzrə gəlirlər daha yüksək göstərilib.

Liberty Media-nın bu rəqəmləri açıqlaması şirkətin ləğv olunmuş yarışların mövsüm ərzində bərpa ediləcəyinə ciddi ümid etmədiyini də göstərə bilər.

Şirkət əlavə edib ki, Formula 1-in gəlirləri “rübdə bir əlavə yarışın keçirilməsi, mövsümi gəlirlərin daha yüksək proporsional şəkildə hesablanması və müqavilə ödənişlərinin artması” hesabına yüksəlib. Media hüquqları və sponsorluq gəlirləri də təqvim dəyişikliklərinin təsiri ilə artıb.

Digər gəlirlər isə əsasən Paddock Club biletlərinin satışındakı artım, qonaqlar üçün yeni premium təkliflər, əlavə mərhələ ilə bağlı logistika və nəqliyyat gəlirləri hesabına yüksəlib. Bundan başqa, lisenziya ödənişləri və Las Veqasdakı Grand Prix Plaza layihəsinin inkişafı da artıma təsir edib.

Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali mövsümün həm trasda, həm də trasdan kənarda çox maraqlı başladığını bildirib.

Stefano Domenikali: “Mövsüm həm trasda, həm də trasdan kənarda çox maraqlı hadisələrlə başlayıb. Mövsümün ilk hissəsində daha çox ötmə və inanılmaz dərəcədə sıx mübarizə gördük.

Biz bütün biznes istiqamətləri üzrə müsbət dinamikanı müşahidə etməyə davam edirik. ABŞ-də Apple ilə əməkdaşlığımız uğurla başlayıb, Sky ilə uzunmüddətli müqavilə uzadılıb, həmçinin Standard Chartered və Marsh daxil olmaqla yeni kommersiya tərəfdaşlıqları qurulub.

Biz idmanın inkişafını davam etdirməyə, bütün dünyadakı azarkeşlərlə əlaqələri gücləndirməyə, həmçinin FIA və komandalarla birlikdə yarışları daha maraqlı etmək üçün işləməyə davam edəcəyik. Məqsədimiz rəqabəti qorumaq və sənayedə lider inkişafımızı davam etdirməkdir”.

Bunları da oxuyun

Şərh əlavə et