O.Piastri: Çox işləməliyəm

O.Piastri: Çox işləməliyəm

Mayamidə həftəsonu ərzində güclü çıxış edən Oskar Piastri sprint yarışında finiş xəttini Lando Norrisdən 3.766 saniyə geridə ikinci yerdə keçib.

Oskar Piastri: “Ümumilikdə razıyam. Lando ilə mübarizə apara bilmək üçün bir az daha performans tapmalıyıq, amma ümumilikdə yaxşı sessiya oldu”.

Avstraliyalı pilot sıralanma turu öncəsi inkişaf sahələrini analiz edəcəklərini qeyd edib: “Sıralanma üçün nələr edə biləcəyimizə baxacağıq. Əlbəttə, digər komandalar da çox şey öyrənəcək, amma biz də öyrənəcəyik. Ümid edirəm ki, həftəsonunun qalan hissəsində bu səviyyəni qoruya bilərik”.

Bunları da oxuyun

Şərh əlavə et