L.Norris: Zirvəyə qayıtmaq gözəldir

L.Norris: Zirvəyə qayıtmaq gözəldir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RasselMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HacarRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BirmanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Kokpit.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı Mayami sprint yarışını qazanıb.

Lando Norris yarışdan sonra bildirib ki, birinci olaraq yenidən podiuma çıxmaq onun üçün vacibdir:  “Sprint yarışı da olsa, zirvəyə qayıtmaq gözəldir, bizim üçün yaxşı gün oldu.

Hava çox isti idi və bolidin içində də həqiqətən mətin idi. Səhv etməmək üçün həm maksimum sürətdə getməyə, həm də sakit qalmağa çalışdım.

Biz həftəsonuna yaxşı başladıq, lakin indi bu performansı qoruyub saxlamalıyıq”.

Boliddə sazlamalarla bağlı böyük dəyişikliklər gözləmədiyini deyən Lando Norris mövcud yeniliklərdən razı qaldığını əlavə edib: “Sıralanma turu üçün yəqin ki, çox böyük dəyişiklik etməyəcəyik. İndiyə qədər sazlamalardan yaxşı nəticə əldə etmişik.

Sadəcə dünənkindən fərqli olmasını istədiyim bir neçə detal var, onları tənzimləyəcəyik. Ümid edirəm ki, bir az daha sürətli ola bilərik, ancaq bilirəm ki, digər komandalar da eyni şeyi edəcəklər. Ona görə diqqətimizi işimizə yönəldib limitlərdə getməyə davam edəcəyik”.

Norrisin sprint qələbəsi McLaren komandasının həftəsonuna iddialı başladığını göstərib və bazar günü keçiriləcək əsas yarışda mübarizənin daha da qızışacağını deməyə əsas verir.

Bunları da oxuyun

Şərh əlavə et