Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin sprint yarışına buraxılacaq

Mayamidə sprint sıralanma turunda Fernando Alonso sessiyanın ən yaxşı nəticəsinin 107 faizi limitinə düşə bilməyib, Ləns Stroll isə ümumiyyətlə vaxtla ölçülən heç bir dövrə vurmayıb.

Aston Martin komandası buna görə stüardlara müraciət edərək sürücülərinin şənbə günü keçiriləcək sprint yarışına buraxılmasını xahiş edib.

Stüardlar müraciəti qəbul ediblər və cümə məşqində göstərilən nəticələri nəzərə alaraq Fernando və Lənsə starta icazə veriblər.

Rauf Hacıyev

Şərh əlavə et