Olmayan McLaren bolidi rekord qiymətə satılıb

Olmayan McLaren bolidi rekord qiymətə satılıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren-in MCL40A bolidi hələ nəinki trasda yoxlanılıb, hətta tam olaraq yığılmayıb. Amma buna baxmayaraq, bir kolleksiyaçı onu RM Sotheby’s hərracında təxminən 11,5 milyon dollara, dəqiq desək, 11 milyon 480 min dollara alıb.

Dünya hərrac praktikasında bu, misilsiz hadisədir, çünki hərracda hələ mövcud olmayan bir maşın satılıb.

Yeni sahibinin kimliyi isə olduğu kimi açıqlanmayıb. Üstəlik, o, bu nadir və unikal maşını tezliklə sürə bilməyəcəyini bilə-bilə alışdan çəkinməyib. Əlbəttə, zəruri bacarıqları olsa belə, MCL40A-nı idarə etmək heç də asan deyil.

Hərrac evinin verdiyi məlumatda belə deyilib: “McLaren Racing komandası bolidi 2028-ci ilin ilk rübünün sonunda təhvil verəcək. Hələlik isə komanda nümayiş məqsədləri üçün 2025-ci ilin şou-karını təqdim edəcək”.

Bundan əlavə, MCL40A-nın sahibi bir çox məhdudiyyətlərə əməl etməli olacaq. Çünki bu tip texnikalar FIA-nın ciddi nəzarəti altında olur. McLaren-in mühəndis və mexaniklərdən ibarət böyük heyəti, eləcə də xüsusi avadanlıq olmadan bu maşını işə salmaq belə mümkün deyil.

Bu, hərracda satılan yeganə McLaren deyildi. Hələ ictimaiyyətə təqdim olunmamış başqa modellər də alıcı tapıb:
• 7,6 milyon dollara 2027-ci ildə WEC-də çıxış edəcək hiperkar satılıb,
• 850 min dollara isə Arrow McLaren-in növbəti IndyCar mövsümündə istifadə edəcəyi DW12 bolidi alınıb.

Bunları da oxuyun

Şərh əlavə et