Ford Focus-un istehsalı dayanır

Rauf Hacıyev 18 Noyabr 2025, 09:53
Ford Focus-un istehsalı dayanır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

27 ildən çox müddətdə 10 milyondan artıq satılan Ford Focus-un istehsalı rəsmən başa çatdırılıb. Avropada hetçbek və sedan modellərini bir-bir bazardan çıxaran marka artıq demək olar ki, tamamilə SUV və kommersiya nəqliyyat vasitələrinə yönəlib.

Ford-un əfsanəvi modeli Focus üçün pərdə rəsmi şəkildə bağlanıb. 27 ildir Avropa yollarının dəyişməz modellərindən biri olan Focus-un son nümunəsi 14 noyabr, Cümə günü Almaniyanın Saarlouis zavodunda istehsal xəttindən düşüb.

Bu vida əslində Ford-un Avropada uzun müddətdir həyata keçirdiyi genişmiqyaslı model “kiçiltmə” strategiyasının son halqasını təşkil edib. Son illərdə Fiesta və Mondeo kimi markanın ən tanınmış modelləri də bir-bir xəttdən çıxarılıb. Bunun nəticəsində Ford-un Avropa məhsul çeşidi demək olar ki, tamamilə SUV və kommersiya nəqliyyat vasitələrindən ibarət hala gəlib.

Niyə belə oldu?

Ford-un baş direktoru Cim Farli ötən il CAR Magazine-ə verdiyi müsahibədə bu sualın cavabını kifayət qədər açıq ifadə etmişdi. Onun sözlərinə görə, ənənəvi minik avtomobilləri populyar olsalar belə, kifayət qədər mənfəət marjı yaratmırdı. İnvestisiyanın geri dönüşü aşağı qaldığı üçün inkişaf büdcəsini əsaslandırmaq mümkün olmurdu. Farli-nin “Darıxdırıcı avtomobil işindən çıxırıq, ikonik modellərə fokuslanırıq” fikri şirkətin yeni strategiyasını tam şəkildə izah edib.

Lakin bu addımın ciddi nəticəsi də olub. ACEA məlumatlarına əsasən, Ford-un Avropa bazar payı 2015-ci ildəki 7,2 faizdən bu gün 3,3 faizə qədər geriləyib. Focus-un da səhnədən çəkilməsi ilə bu enişin 2026-cı ildə də davam edəcəyi gözlənilir. Çünki Avropada ənənəvi minik avtomobillərinə tələbat hələ də güclü olaraq qalır. Sandero, Golf, Clio, 208, Octavia və Yaris kimi modellər 2025-ci ilin satış siyahılarının zirvəsində yer almağa davam edib.

Ford-un isə yaranan bu boşluğu necə dolduracağı hələ də qeyri-müəyyəndir. Almaniyada diler şəbəkəsinə yeni modellərin yolda olduğu bildirilsə də, ilk modelin böyük ehtimalla Focus ölçülərində bir krossover olacağı deyilib. Yəni marka klassik hetçbek və sedan bazarına qayıtmaq əvəzinə SUV ağırlıqlı strategiyasını davam etdirməyə hazırlaşır. Focus adını gələcəkdə elektrikli bir SUV-da görmə ehtimalımız yüksəkdir.

Bunları da oxuyun

Şərh əlavə et