Mitsubishi yeni Pajero Sport-un carçısını nümayiş etdirib

Rauf Hacıyev 18 Noyabr 2025, 06:18
Mitsubishi yeni Pajero Sport-un carçısını nümayiş etdirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mitsubishi Motors şirkəti Japan Mobility Show sərgisi üçün bir neçə yenilik hazırlayıb. Şirkətin stendindəki ən maraqlı eksponat isə, kemper qoşqusu olan Elevance konsepti olub. Bu futuristik konsept yeni nəsil Mitsubishi Pajero Sport modeli üçün ilham mənbəyi ola bilər.

Prototipin xarici görünüşündə şirkətin firma Dynamic Shield dizayn üslubunun yeni versiyasından istifadə olunub: odur ki, bu üslubdan təkcə növbəti nəsil Pajero Sport ofrouderində deyil, həm də gələcək Mitsubishi krossoverləri və ofrouderlərində tətbiq oluna bilər. O, nazik işıqlandırma texnikası, ön tərəfdəki LED zolaqlar, çıxıntılı kuzovu, kvadrat təkər tağlarının örtmələri və təsiredici klirensi ilə fərqlənir.

Prototip oxşar üslubda görünüşə malik olan qoşqu ilə tamamlanıb: həmin möhkəm konstruksiya, böyük təkərlər və təsiredici klirens. Onun daxilindı iki nəfərlik geniş çarpayı, saxlanc bölmələri, yığcam mətbəx, ətraf işıqlandırması və duş var.

Üç sıralı, altı nəfərlik salon tamamilə düz döşəməyə malikdir, ön oturacaqlar isə, qonaq otağına bənzər bir sahə yaratmaq üçün geriyə dönə bilərlər. Ön paneldəki üç displey sütundan sütuna qədər uzanır, dördüncü ekran isə, sükan çarxında yerləşir. Mərkəzi konsoldakı dönən açar hərəkət rejimlərini dəyişdirməyə imkan verir, süni intellekt isə, vəziyyətdən asılı olaraq ən uyğun tənzimləmələri tövsiyə edəcəkdir.

Qoşulan hibrid güc aqreqatının tərkibinə bioyanacaqla işləyən daxili yanma mühərriki və Super-All-Wheel Control (S-AWC) tam ötürmə sisteminin dörd elektrik mühərriki daxildir. Batareya açıq havada istirahət üçün kifayət qədər enerjini təmin etməlidir. Konkret rəqəmlər səsləndirilməyib, lakin “həyəcanverici xarakteristikalar”, həm şəhərdə, həm də asfalt yollardan kənarda rahat idarəetmə vəd edilir.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et