Kokpit.az xatırladır ki, britaniyalı sürücü hazırda 390 xalla liderdir və ən yaxın izləyicisi Oskar Piastrini 24 xallıq fərqlə qabaqlayır. Lando son iki yarışda qalib gəlib, lakin Las Veqas yarışından əvvəl özünəinamı yoxdur.
Lando Norris: “Mən hər zaman düşündüyümü deyirəm və mümkün qədər səmimi olmağa çalışıram. Əgər sürətli olmayacağımızı düşünürəmsə, deməli, həqiqətən də belədir. Bu o demək deyil ki, mən özümü onuncu yerdə görürəm, sadəcə qalib gəlmək çətin olacaq.
Keçən ili xatırlayın – o zaman çox geridə idik. Bu il də bəzi traslarda kifayət qədər sürətli olmamışıq. Biz heç vaxt Las Veqasdakı yarışda rəqabətədavamlı olmamışıq, indi də işimizin asan olacağını düşünmürəm”.




Şərh əlavə et