K.Antonelli: Maksı görəndə təəccübləndim

K.Antonelli: Maksı görəndə təəccübləndim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, o, Maksı arxasında görəndə təəccüblənib.

İtalyan sürücü İnterlaqosda ikinci yeri tutaraq karyerasının ən yaxşı nəticəsini əldə edib. O, yarışın son dövrələrində yerini qorumaq üçün Maks Ferstappenlə mübarizə aparıb.

Kimi Antonelli:  “Düzünü desəm, arxamda Maksın haradan peyda olduğunu anlamadım! Açığı, onu orada gözləmirdim.

Restartdan sonra toqquşmadan yan keçdiyim üçün bir qədər bəxtim gətirdi. Maşını yoxlamaq lazımdır, çünki zərbədən sonra bir az qəribə davranırdı, amma ümumilikdə yarış yaxşı keçdi.

Son dövrələr çox gərgin idi, çünki Maks daha təzə təkərlərlə gəlirdi, lakin xoşbəxtlikdən boş yolda stabil tempi qoruya bildim və ikinci yerdə finişə çatdım.

Yarışda öz ritmimi tapdım. O yaxınlaşmağa başlayanda, mən də tempi artırdım və hücuma keçdim. Bu bolidlərdə arxada, turbulent hava axınında getmək çətindir, mən isə bunu öz xeyrimə istifadə etməyə çalışdım  və hər şey istədiyim kimi alındı”.

Bunları da oxuyun

Şərh əlavə et