Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Yaxşı sprint idi

Kimi Antonellinin ikinci, Corc Rassellin isə üçüncü yeri tutması sayəsində Mercedes San-Paulu sprintində güclü nəticə göstərib və Konstruktorlar Kubokunda Ferrari-ni geridə buraxaraq ikinci pilləyə yüksəlib. Hər iki sürücü nəticədən razı qalıb və eyni tempi sıralanma turunda da qorumağı hədəfləyir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İnterlaqos trasındakı yarışa 4-cü yerdən başlasa da, Oskar Piastrinin qəzası ilə üçüncü yerə yüksəlib və komamdasına vacib 6 xal qazandırıb.

Corc Rassell: “Yaxşı sprint idi. Kimi əla yarışdı və Landoya ciddi təzyiq göstərdi. İndi sıralanma turunda da eyni səviyyədə çıxış etməliyik, amma mübarizə çox sıxdır.

Bu trasda təkərlər sürətlə yeyilir, ancaq biz yaxşı formadayıq. Bu gün hava sərin idi və bu, maşınımızın xeyrinə işlədi”.

Rauf Hacıyev

Şərh əlavə et