Xəbəri Kokpitdə Oxuyun!

“Qürurla irəli!” — Bakida V “Qələbə qaçışı” təşkil ediləcək!

Noyabrın 2-də Bakıda Azərbaycanın Vətənmüharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil edəcək.

Qaçış Gənclər İdman Nazirliyinin təşkilatçılığı il əhər il olduğu kimi  Qürurla irəlişüarı altında baş tutacaq. Tədbirin məqsədiAzərbaycanın möhtəşəm qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını dönməz iradəsini bir daha yada salmaqdır.

Qeyd edək ki, iştirak üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı ödənilməlidir. Toplananvəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəlfəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Bununla yanaşı, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada qonaqları müxtəlif əyləncələr maraqlı bayram abu-havası gözləyir.

Qaçış 2 noyabr 10:00da start götürəcək.

Qaçışda iştirak üçün 16 yaşdan yuxarı şəxslər https://events.smartscoring.com/marathon  linki vasitəsilə 30 oktyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatikolaraq bitəcək.

Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu iştirakçı bələdçisi göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar 15-30 oktyabr tarixlərində, hər gün saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.

Daha ətraflı məluma *6003 nömrəli çağrı mərkəzindən ya qaçışın rəsmi Instagram səhifəsindən ala bilərsiniz: https://www.instagram.com/victoryrun.az

Rauf Hacıyev

Şərh əlavə et