Xəbəri Kokpitdə Oxuyun!

Haval H6-nın yenilənmiş versiyası artıq Bakıda!

1 oktyabr 2025-ci il, Bakı — GWM avtomobillərinin Azərbaycandakı rəsmi distribyutoru “Azerbaijan Automobiles” ASC əfsanəvi Haval H6 krossoverinin dərin restaylinqdən keçmiş və texnoloji yeniliklərlə təchiz edilmiş yeni versiyasının satışa çıxdığını elan edib. Əsas yeniliklərdən biri səsli idarəetmə sisteminin tətbiqidir.

Kokpit.az bildirir ki, yeni H6-nın qiyməti 45900 azn-dən başlayacaq. Bu da o deməkdir ki, avtomobilin qiyməti dəyişməz olaraq qalacaq.

Müasir texnologiyalar və qənaətcil performans

 

Yeni Haval H6 hibrid güc qurğusu ilə təchiz olunub:

• 1,5 litrlik turbo benzin mühərriki
• SVolt istehsalı yüksək effektiv batareya
• Ümumi güc: 243 a.g., fırlanma anı: 530 Nm

İntellektual DHT (Dedicated Hybrid Transmission) transmissiyası elektrik, hibrid və benzin rejimləri arasında hamar keçid təmin edir. Yanacaq sərfiyyatı 100 km-ə 5,2 litr. Avtomobil AI-92 və daha yüksək oktanlı benzinlə işləyə bilir.

Model innovativ L.E.M.O.N. platformasında qurulub ki, bu da yüngül konstruksiya, yüksək təhlükəsizlik və möhkəmlik təminedir.

Dizayn və təchizat

Yenilənmiş Haval H6 aşağıdakı dəyişikliklərə malikdir:

• böyüdülmüş kuzov uzunluğu
• yenilənmiş ön və arxa işıq optikası
• yeni radiator barmaqlığı və bamperlər
• interyer və eksteryer üçün yeni rəng variantları
• daha rahat tutumlu sükan çarxı
• GWM-in yeni loqosu

Salon yenilikləri:

• yeni ötürücü seçici qolu
• 14,6 düymlük böyüdülmüş multimedia ekranı
• təkmilləşdirilmiş cihaz paneli və mərkəzi tunel
• 50 Vt gücündə havalandırmalı simsiz telefon enerjiləndirici
• sürücü oturacağı üçün üç yaddaş rejimli “memory” paketi
• Android Auto və Apple CarPlay-ə simsiz qoşulma

Ağıllı funksiyalar

Yenilənmiş proqram təminatı səsli idarəetmə funksiyasını dəstəkləyir. Bu sayədə sürücü yolda diqqətini yayındırmadan avtomobilin bir çox funksiyasına nəzarət edə bilir.

Funksiya Azərbaycana rəsmi gətirilən bütün avtomobillərdə mövcuddur.

Zəmanət və satış şərtləri

“Azerbaijan Automobiles” ASC müştərilər üçün əlverişli şərtlərtəklif edir:

• ilkin ödəniş — 10%-dən başlayaraq
• kredit və ya lizinq müddəti — 60 ayadək
• hibrid xətt üçün zəmanət: 8 il və ya 160 000 km

Əlaqə və test-yürüşü

📍 Ünvan: Bakı ş., Babək prospekti 282
📞 Telefon: *7999 / +994 55 678 24 24
💬 WhatsApp: +994 55 678 24 24
🌐 Sayt: haval.gwm.az
🚗 Test-sürüş üçün qeydiyyat: gwm.az/test-drive

Haval H6 — Azərbaycanda rahat və təhlükəsiz sürüş üçün müasir texnologiyaların, yüksək təhlükəsizlik səviyyəsinin vəcəlbedici qiymətin ideal vəhdəti.

Rauf Hacıyev

Şərh əlavə et