Aston Martin şirkəti Volante versiyasının 60-illik yubileyini qeyd edir

Rauf Hacıyev 28 Sentyabr 2025, 13:49
Aston Martin şirkəti Volante versiyasının 60-illik yubileyini qeyd edir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

1965-ci ildə Britaniyanın Aston Martin şirkəti DB5 modelinə əsaslanan, lakin yeni nəsil DB6 avtomobilindən çoxlu yeniliklər götürmüş Short Chassis Volante kabrioletini təqdim edib. Keçid dövrünün kabrioletlərinin istehsalı cəmi bir il davam edib və cəmi 37 nüsxə işıq üzü görüb. Bununla belə, gözəl səslənən Volante (italyancadan tərcümədə "uçan") prefiksi, bu günə qədər bütün açıq kuzovlu Aston Martin avtomobillərində istifadə olunur. İlk Volante modelinin 60 illik yubiley şərəfinə Aston Martin şirkətinin Q zavod atelyesi müasir Vanquish Volante və DB12 Volante modellərinin xüsusi versiyalarını hazırlayıb.

Kokpit.az Autograph.az-a istinadən bildirir ki, Volante 60th Anniversary Edition versiyaları xüsusi yaşıl Q Pentland rənginə boyanıblar. Yubiley versiyaları bürünc rəngli dekorativ elementlər ilə bəzəniblər. Oxşar vurğular firma radiator barmaqlığında və ön qanadlardakı xarakterik frezerlənmiş örtmələrdə də tətbiq olunublar. Sonuncuların düz altında mina ilə örtülmüş Q by Aston Martin emblemləri var. Bu görünüşü satinləşdirilmiş bürünc örtüyü olan orijinal 21 düymlük təkər diskləri tamamlayır.

Yubiley kabrioletlərinin interyerləri Q by Aston Martin bölməsi tərəfindən üçrəngli dəri ilə üzləniblər. Dekorativ bəzəklər təbii naxışlı tünd qoz ağacından hazırlanıb. Mərkəzi konsoldakı əsas idarəetmə elementləri (mühərriki işə salma düyməsi olan fırlanan dəstək və transmissiyanın seelektoru) bürünc rəngli anodlanmaya sahib olublar. Nəhayət, oturacaq başlıqları “60” basma naxışı ilə bəzədiliblər.

Bununla belə, superkarlar texniki cəhətdən dəyişməyib. Aston Martin DB12 Volante modelinin kapotunun altında 4,0-litrlik AMG V8 biturbo mühərriki (680 at qüvvəsi, 800 Nm) yerləşir. O, bütün dartma qüvvəsini elektron idarələnən differensialı olan arxa oxa göndərən səkkiz pilləli ZF avtomatik transmissiyası ilə birlikdə işləyir. DB12 Volante sıfırdan 100 km/saata 3,7 saniyəyə sürətlənir, onun maksimal sürəti 325 km/saatdır.

Flaqman Aston Martin Vanquish Volante 835 at qüvvəsi və 1000 Nm hasil edən ingilis markasının öz məhsulu olan 5,2-litrlik V12 biturbo mühərriki ilə təchiz edilib. Səkkiz pilləli ZF avtomatik transmissiya və elektron idarələnən kilidi olan differensial DB12 modelindəki ilə eynidir, lakin fərqli tənzimləmələrə malikdir. Vanquish Volante 100 km/saatı 3,4 saniyəyə toplayır, onun maksimal sürəti isə, 344 km/saatdır.

Hər iki modelin xüsusi yubiley nəşrinin buraxılışı 60 nüsxə ilə məhdudlaşır. Onların qiyməti açıqlanmır, lakin avtomobillərin tədarükünə bu ilin dördüncü rübündə başlanacağı bildirilib.

Bunları da oxuyun

Şərh əlavə et