Kokpit.az bildirir ki, irlandiyalı sürücü Formula 2-dəki ilk qələbəsini qazanıb.
Yarışa Leonardo Fornaroli pouldan başlayıb. İtalyan sürücü yaxşı startla liderliyini qoruyub. Ancaq Viktor Martins üçün işlər yaxşı getməyib. Fransalı sürücü pis start alaraq, altıncı yerə qədər geriləyib. Dyun isə sürətli startla ikinci yerə yüksəlib. Vilyaqomes və Stanek müvafiq olaraq üç və dördüncü olublar. Dünənki Sprint yarışının qalibi Xosep Maria Marti isə yaxşı startla beşinci yerə yüksəlib.
Yarışın beşinci dövrəsində Mati gözəl hücumla dördüncü yerə yüksəlib. Bundan sonra Viktor Martins Staneki geridə qoyub və Martini izləməyə başlayıb.
Marti 6-cı dövrənin birinci döngəsində Vilyaqomesi keçərək, 3-cü yerə yüksəlib. Yenə də Viktor Martin ispaniyalı izləyərək, Vilyaqomesi keçib və dördüncü olub.
Yarışın yeddinci dövrəsində Dyun Fernarolini keçərək liderliyə yüksəlib. İrlandiyalı sürücü birinci döngədə mükəmməl əylənmə ilə yarışın yeni lideri olub.
Soft təkərlə yarışa start verən sürücülərdən ən tez pitə gələn Viktor Martins olub. Onu Dino Beqanoviç və Rixard Versxur izləyiblər.
Yarışın 12-ci dövrəsində üçlük belə olub – Dyun, Fornaroli və Marti.
Yarışın 16-cı dövrəsində yarışın lideri pitə gələrək təkərini dəyişib və trasa Martinsin önündə qayıdıb. Fornaroli və Marti də pitə gələrək Hard təkərə keçiblər.
19-cu dövrədə Dyun Martinsin önündə liderliyini davam etdirib. Fornaroli isə üçüncü yerə yüksəlib. 20-ci dövrədə isə Lyuk Brouninq əsas düzlükdə Fornarolini keçərək, üçüncü yerə yüksəlib. Lyuk Soft təkərlərin hesabına 2-ci yer üçün də mübarizəyə başlayıb və yenə əsas düzlükdə Martinsi keçərək, ikinci yerə yüksəlib.
25-ci dövrədə Dyun ən yaxın izləyicisi Brouninqlə fərq 6.2 saniyəyə yüksəldib.
26-cı dövrədə isə Fornaroli üçüncü yerdəki Martinsə yaxınlaşıb və podium uğrunda mübarizə qızışıb. Lakin italyan sürücü ötmə edə bilməyib və beşinci yerdəki Marti bu sürücülərlə fərqi azaldıb.
28-ci döngədə isə Fornaroli axır ki, birinci döngədə hücum edərək, Martinsi keçib və üçüncü yerə yüksəlib. Fransalı sürücü əks hücumla üçüncülüyü qaytarmaq istəsə də, alınmayıb.
Yarışın sonlarında isə Xosep Maria Marti rəqibi Fornaroliyə yaxınlaşsa da, onu keçə bilməyib.
Beləliklə Dyun Bəhreyndə damalı bayrağı hamıdan əvvəl keçərək, Formula 2-dəki ilk qələbəsini qazanıb. Lyuk Brouninq ikinci, Leonardo Fornaroli isə üçüncü olublar.
Şərh əlavə et