M.Ferstappen: Komandanı tərk etmək fikrim yoxdur

M.Ferstappen: Komandanı tərk etmək fikrim yoxdur
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsüm ərzində Red Bull-dakı böhran səbəbindən Maks Ferstappenin başqa komandaya mümkün transferi bir neçə dəfə müzakirə olunub, lakin indi Viaplay-a verdiyi müsahibədə Maks heç bir yerdən ayrılmaq niyyətində olmadığını bildirib.

Kokpit.az xatırladır ki, ilin əvvəlində Red Bull-da baş verən hadisələr bir çox şayiələrə səbəb olmuşdu. Üstəlik Adrian Nyuinin da komandadan ayrılacağı məlum olduqda söz-söhbətlər daha da qızışmışdı. Niderlandlı sürücünün önümüzdəki mövsümdə komandadan gedəcəyi bildirilirdi. Hətta Mercedes-in rəhbəri Toto Volff onun xidmətlərində maraqlı olduğunu açıq şəkildə bildirmişdi.

Maks Ferstappen: “Formula 1-də futboldakı kimi, müqaviləni vaxtından əvvəl pozmaq halları tez-tez baş vermir. Məsələn, hansısa futbolçu komanda ilə 5 illik müqavilə bağlayıb bir il sonra başqa komandaya keçə bilir. Mənim isə belə planım yoxdur. Bir-iki il sonra nə olacağını heç kim bilmir. Hər şey məndən asılı olmadığı üçün bu haqda düşünmürəm.

Mən olduğum yerdən çox razıyam. Daha bir titul əldə etdik. Bəli, daha rəqabətədavamlı maşına sahib olmaq istəyirəm və bu, məntiqlidir. Komandada özümü rahat hiss edirəm, burada özümü özüm kimi hiss edirəm və bilirəm ki, işçilərimiz qələbələrimiz üçün əllərindən gələni edirlər. Şikayət edəcək bir şeyim yoxdur.

Mövsümün ortasında çətin dövr yaşadıq. Ancaq problemdən qaçmaq onun həllinə kömək etməyəcək. Həll tapmaqda iştirak etməyi özüm üçün vacib hesab etdim. İndi hamı əmindir ki, 2026-cı ildə reqlament dəyişdikdə daha yaxşı maşınımız olacaq. İnanıram ki, Red Bull bu işdə ən yaxşısıdır”.

Bunları da oxuyun

Şərh əlavə et